İstanbul kanalının tikistisinin bu ilin iyun ayının sonunda başlaması planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bunu İstanbulun Çamlıca rayonunda yeni teleqüllənin açılışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Türkiyədə növbəti prezident seçkilərinin tarixini açıqladı
"Əlbətdə ki, bu meqalayihə ilə bağlı narahatlıqlarını bildirənlər olacaq. Bu bizi dayandırmayacaq" - Ərdoğan bildirib.
Prezidentin sözlərinə görə, layihənin icrası Türkiyə meqapolisinin geostrateji əhəmiyyətini artıracaq:
"Türkiyənin yeni süni kanalının sağ və sol sahillərində iki şəhər inşa ediləcək. Bu şəhərlər İstanbulun görünüşünü bəzəyəcək".
Bizim.Media