ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti sabitləşdirmək təklifi İrəvan üçün məqbuldur.
Bizim.Media xəbər verir ki, bunu Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Nork-Marş inzibati bölgəsindəki “Vətəndaş Müqaviləsi” Partiyasının fəalı ilə görüşündə söyləyib.
O, həmsədrlərin sərhəddəki eskalasiyanı azaltmaq, silahlı qüvvələri geri çəkmək və delimitasiya və demarkasiya ilə bağlı danışıqlara başlamaq üçün təcili addımların atılması çağırışını xatırladıb:
MÖVZU İLƏ BAĞLI:
Paşinyan S-300 zenit-raket sistemi ilə bağlı ŞOK SİRRİ AÇDI – VİDEO
"Həmsədrlərin təklifində göstərilən addımların məntiqi bizim üçün əsaslıdır. Ermənistan hökuməti bu yola getməyə qərarlıdır və biz hər an sərhəddə yerləşən Xoznavardan qoşunları geri çəkməyə hazırıq”.
Paşinyan hesab edir ki, bölgədəki uzunmüddətli sülh və sabitlik hər kəs üçün vacibdir və tərəflər ATƏT-in Minsk Qrupu həmsədrlərinin təkliflərini yerinə yetirə bilərlərsə, əslində sərhədləri müəyyənləşdirmək üçün uzunmüddətli düstur hazırlanacaq.
Eyni zamanda, Paşinyan sərhədlərin dəqiqləşdirilməsinin Qarabağ məsələsi ilə əlaqəli olmadığını və Ermənistan tərəfinin bu məsələni həll etmək üçün danışıqlar prosesinə qatılmağa hazır olduğunu bildirib.
Bizim.Media