“Göyçə mahalında vəziyyət gərgindir, atəş səsləri eşidilir” - SON DƏQİQƏ

“Göyçə mahalında vəziyyət gərgindir, atəş səsləri eşidilir” - SON DƏQİQƏ

Hazırda oxunan: “Göyçə mahalında vəziyyət gərgindir, atəş səsləri eşidilir” - SON DƏQİQƏ

22568

Ermənistanın Göyçə mahalında (Geqarkunik vilayəti) vəziyyət çox gərgindir, atəş  səsləri eşidilir, ancaq intensiv deyil. 

Bizim.Media xəbər evrir ki, bunu Gegamasar icmasının rəhbəri Akop Avetyan “Sputnik Ermənistan”ın müxbirinə deyib.

"Erməni tərəfi oğlanlarımızı geri qaytarmaq üçün hərəkətə keçir", deyə o, qeyd edib.

Onun sözlərinə görə, ümumilikdə sakinlər arasında çaxnaşma yoxdur, ancaq baş verənlərdən ciddi şəkildə narahatdırlar.

“Xalqımız hər zaman özünümüdafiə üçün hazırdır. İnsanlar onsuz da bu vəziyyətə öyrəşiblər və evlərini tərk etməyəcəklər”. Avetyan belə deyib.

O, hərbi sirri pozmamaq üçün erməni hərbi personalının ələ keçirilməsinin təfərrüatlarını təqdim etmək istəməyib. Lakin Zərkəndin (ermənilər adını Kut qoyub) icmasının rəhbəri Sima Çitçyan hərbçilərin bu yaşayış məntəqəsi istiqamətində əsir götürüldüyünü söyləyib:

“Kəndlilər bunun necə baş verdiyini bilmirlər və atəş səsləri eşitməyiblər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO