Türkiyənin Ardahan rayonundan Gürcüstana açılan gömrük-keçid məntəqələri ilə iyunun 1-dən etibarən gediş-gəlişin bərpası gözlənilir.
Bizim.Media xəbər verir ki, yeni tip koronavirusla mübarizə tədbirləri çərçivəsində təxminən bir ildir bağlı olan Türkgözü və Çıldır gömrük-keçid məntəqələri də fəaliyyətə başlayacaq.
Ardahan Ticarət və Sənaye Palatasının (ATSO) başçısı Çetin Demirci qərarın Gürcüstan hökuməti tərəfindən verildiyini bildirərək deyib:
“Bu, sərhəd qapılarında hərəkətlilik üçün əhəmiyyətli addım oldu. Ardahanın Posof qəsəbəsindəki Türkgözü və Çıldır qəsəbəsindəki Çıldır gömrük-keçid məntəqələri iyunun 1-dən etibarən vətəndaşların xidmətinə açılacaq”.
Çetin Demirci bildirib ki, qarşılıqlı gediş-gəliş mənfi PCR testi ilə COVID-19 əleyhinə peyvənd arayışının təqdim olunması əsasında gerçəkləşəcək. Bundan başqa, hər iki sərhədi keçən vətəndaşlar olduqları ölkədə səfərin üçüncü günü yenə də koronavirus testi verməlidirlər.
Bizim.Media
- A-
- A
- A+
Region
09:04 / 27.05.2021
Bu tarixdən Türkiyə Gürcüstanla gömrük-keçid məntəqəsini açacaq
Hazırda oxunan: Bu tarixdən Türkiyə Gürcüstanla gömrük-keçid məntəqəsini açacaq
Hazırda oxunan: Bu tarixdən Türkiyə Gürcüstanla gömrük-keçid məntəqəsini açacaq
22531
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.