Yuxarı Lars yolu BAĞLANDI – Ermənilərin 500-ə yaxın yük maşını Rusiyaya keçə BİLMİR

Yuxarı Lars yolu BAĞLANDI – Ermənilərin 500-ə yaxın yük maşını Rusiyaya keçə BİLMİR

Hazırda oxunan: Yuxarı Lars yolu BAĞLANDI – Ermənilərin 500-ə yaxın yük maşını Rusiyaya keçə BİLMİR

225249

Şimali Osetiyada Yuxarı Lars keçid məntəqəsində 500-ə yaxın erməni yük maşını Rusiya-Gürcüstan sərhədini keçmək üçün növbə gözləyir.

Bizim.Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Şimali Osetiya Nəqliyyatı İdarəetmə Mərkəzinin məlumatlarında qeyd olunub.
 

Hazırda növbədə 481 erməni ağır tonnajlı yük maşını var. Ümumilikdə, son məlumatlara görə, növbədə müxtəlif ölkələrdən 1296 yük avtomobili qeydə alınıb.


Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində Larsdan keçən yol qar yağması səbəbindən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

Xatırladaq ki, sözügedən yol Ermənistanı Rusiya ilə (Gürcüstandan keçməklə) birləşdirən yeganə fəaliyyət göstərən quru yoludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO