Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası 668 kriminal avtoritetə qarşı sanksiya tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” agentliyi Ukrayna milli polisinin mətbuat xidmətinə istinadən yayıb.
Mənbə yazır ki, onların 10-u Ermənistan və Gürcüstan vətəndaşlarıdır.
Bu vətəndaşların əvvəllər də sanksiyalara məruz qaldıqları qeyd olunur: onların Ukrayna ərazisinə girişi qadağan olunub.
Mayın 21-də Prezident Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının qüvvəyə minməsini əmr edib.
27 avtoritetin ölkədə yaşamaq üçün icazəsi ləğv edilib.
Ermənistan və Gürcüstanın 10 vətəndaşı isə deportasiya edilib.
Milli polis qeyd edib ki, bu şəxslər mütəşəkkil cinayətkar aləminin nümayəndələri ilə təkcə öz ölkələrində deyil, Ukraynada da əlaqə saxlayıblar.
Bizim.Media
- A-
- A
- A+
Region
16:48 / 26.05.2021
Ukrayna erməni kriminal avtoritetləri ölkədən qovdu
Hazırda oxunan: Ukrayna erməni kriminal avtoritetləri ölkədən qovdu
Hazırda oxunan: Ukrayna erməni kriminal avtoritetləri ölkədən qovdu
22481
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.