Hindistan Ermənistana “Pinaka” silah sistemlərinin tədarükünə başlayıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın müdafiə mənbələri “Pinaka” reaktiv yaylım atəş sistemlərinin ilk partiyasının Ermənistana göndərildiyini açıqlayıb.
Onların tədarükü ilə bağlı iki ölkə arasında təxminən 2 il əvvəl uzun danışıqlardan sonra müqavilə imzalanıb.
Hindistan eyni vaxtda Ermənistana “Akaş” Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin tədarükünə başlayıb.
Qeyd edək ki, hazırda Ermənistan Hindistan silah və hərbi texnikasının ən böyük istehlakçısından biridir.
Bizim.Media