Ermənistandan gələn 700-ə yaxın yük maşını Rusiya-Gürcüstan sərhədini “Yuxarı Lars” keçid məntəqəsindən keçmək üçün elektron növbəyə yazılıb.
Bizim.Media xəbər verir ki, bunu Şimali Osetiya Nəqliyyatı İdarəetmə Mərkəzinin məlumatları sübut edir.
Ümumilikdə, son məlumatlara görə, növbədə 2290 yük maşını qeydiyyatdadır. Onlardan 666 erməni yük maşını Gürcüstana getmək üçün elektron növbədədir.
Bir gün əvvəl "Yuxarı Lars"dan keçən yol hava şəraiti ilə əlaqədar ağır yük maşınları üçün bağlansa da, noyabrın 17-də günorta saatlarından etibarən hərəkət bərpa edilib.
Qeyd edək ki, hər gün "Yuxarı Lars"dan orta hesabla 150-yə yaxın erməni yük maşını keçir.
Xatırladaq ki, Gürcüstan Hərbi Yolu Ermənistanı Gürcüstan ərazisindən Rusiya ilə birləşdirən yeganə quru yoludur.
Bizim.Media