“Rusiya və Gürcüstanı ümumi inanc və tarix birləşdirir. 2008-ci ildə Cənubi Osetiya münaqişəsinə görə isə məsuliyyət yalnız Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvilinin üzərinə düşür”.
Bizim.Media xəbər verir ki, bu fikirləri RT kanalına müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Biz tarixən qonşuyuq. Bizim bir inancımız, bir hekayəmiz var. Biz tarix boyu dəfələrlə gürcülərə kömək etmişik”, - Medvedev qeyd edib.
O, həmçinin vurğulayıb ki, Gürcüstanın Avropa İttifaqı və NATO haqqında təsəvvürü dəyişib.
“NATO hərbi blokdur, Avropa İttifaqı isə kifayət qədər uzaqdadır. Rusiya isə yaxınlıqdadır”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Region
08:52 / 02.11.2024
Medvedev: “Biz tarix boyu gürcülərə kömək etmişik”
Hazırda oxunan: Medvedev: “Biz tarix boyu gürcülərə kömək etmişik”
Hazırda oxunan: Medvedev: “Biz tarix boyu gürcülərə kömək etmişik”
218881
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.