Mikael Minasyan: “Paşinyan Sevan və İrəvanı da Azərbaycana verəcək” – GİZLİ PLAN

Mikael Minasyan: “Paşinyan Sevan və İrəvanı da Azərbaycana verəcək” – GİZLİ PLAN

Hazırda oxunan: Mikael Minasyan: “Paşinyan Sevan və İrəvanı da Azərbaycana verəcək” – GİZLİ PLAN

21850

Ermənistan tarixində ilk dəfə xalqın susqunluğu fonunda, gülünc qorxular üzündən bir satqın Ermənistan ərazisini verməyə razı olub.

Bizim.Media xəbər verir ki, bu sözləri mayın 20-də Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Facebook səhifəsində yazıb.

“Ermənistan Respublikasının “suveren ərazisi” düşmənin əlindədir. Təslimçi onları qovmaq əvəzinə yeni əraziləri vermək üçün sənəd imzalayır,  Sevan və İrəvanın gələcəkdə necə veriləcəyi haqda plan cızır”.

O (Paşinyan nəzərdə tutulur) Ermənistanın sərhədləri ilə bağlı sənədi gizli şəkildə hazırladığını təsdiqlədi.

Deyir ki, gizlincə danışıqlar aparmışam, düzgün iş görmüşəm və imzalayacağam.
Onun üçün fərqi yoxdur, nə qədər kənd və hektar ərazi təslim edilir. Üstəlik, belə bir təcrübəyə sahibdir. Qarabağ təslim olarkən 5 min oğlanı ət dəyirmanına atdı və eyni şeyi Ermənistanda da etdi.

Virtual Ermənistan yenidən həyəcanlandı, müxalifət ürəkləndi, amma insanlar gözə dəymədi. Fakt budur ki, Ermənistan tarixində ilk dəfə bir satqın ərazini verməyə razı oldu. Nə olsun? Heç nə.

Çoxları məni qınayır ki, niyə onun planları barədə əvvəllər danışmırdım”. “News.am” saytı Minasyanın dediklərindən sitat gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO