Gürcüstanın yeni parlamentinin ilk sessiyası nə vaxt keçiriləcək?

Gürcüstanın yeni parlamentinin ilk sessiyası nə vaxt keçiriləcək?

Hazırda oxunan: Gürcüstanın yeni parlamentinin ilk sessiyası nə vaxt keçiriləcək?

218030

Oktyabrın 26-da baş tutmuş seçkilərin nəticələrinə əsasən seçilmiş yeni çağırış parlament noyabrda ilk sessiyaya toplaşacaq, lakin hər şey MSK-nın səsvermənin yekun nəticələrini nə vaxt dərc edəcəyindən asılıdır.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə bildirib.

“Bildiyiniz kimi, hazırda Mərkəzi Seçki Komissiyasında müəyyən prosedurlar həyata keçirilir, sayım, həmçinin şikayətlərlə bağlı digər proseslər başa çatmaq üzrədir.

Noyabrın ortalarında artıq MSK-nın yekun protokolu olacaq, bundan sonra Konstitusiyaya əsasən parlament 10 gün ərzində ilk iclasına toplaşacaq”, – Papuaşvili qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO