“Ermənistanın təxribat xarakterli açıqlamaları seçkiqabağı vəziyyətlə əlaqədardır”- İtaliya mətbuatı

“Ermənistanın təxribat xarakterli açıqlamaları seçkiqabağı vəziyyətlə əlaqədardır”- İtaliya mətbuatı

Hazırda oxunan: “Ermənistanın təxribat xarakterli açıqlamaları seçkiqabağı vəziyyətlə əlaqədardır”- İtaliya mətbuatı

21764

“Ermənistanın Azərbaycan-Ermənistan sərhədindəki son gərginliyə və Azərbaycanın guya Ermənistanın "suveren ərazisini" pozduğuna dair ölkəmə qarşı yeni ittihamları tamamilə əsassızdır.

Rəsmi açıqlamalarımızda artıq bildirildiyi kimi, Ermənistanla sərhəd olan Azərbaycanın azad edilmiş bölgələrində hava şəraitinin mülayimləşməsi ilə əlaqədar, Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir. Bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə “Notizie Geopolitiche” analitik-xəbər portalına verdiyi müsahibədə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərdən müharibə MESAJI - “Daha ağır zərbə alacaqlar” 


Səfir bildirib ki, son aylar ərzində tərəflər arasında sərhəd məsələləri üzrə fikir ayrılıqları olub və bunların hamısı üçtərəfli bəyanatların tərəfləri arasında danışıqlar yolu ilə həll edilmişdir:

“Sərhəddəki son gərginlik məsələsində erməni tərəfinin iddialarına inanan və ya inanmaq istəyən bəzi səsləri eşidirik. Hər şeydən öncə vurğulamaq istərdim ki, sərhəd demarkasiyası və delimitasiyası ikitərəfli məsələdir, olduqca mürəkkəb və texniki bir prosesdir və belə bir məsələ ilə bağlı hər hansı bir açıqlama vermədən əvvəl hərtərəfli və ətraflı araşdırmaya ehtiyac vardır.

Bundan əlavə, qeyd etmək istərdim ki, sərhəddə gərginlik yaranan kimi Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi dərhal bölgəyə səfər etmiş, qarşı tərəfin sərhədçiləri ilə danışıqlara başlamışdır”

Səfirin sözlərinə görə, hazırda vəziyyəti normallaşdırmaq üçün müvafiq addımlar atılır:

“Bu texniki məsələ təxribat xarakterli bəyanatlar və Azərbaycana qarşı qarayaxma kampaniyası ilə şişirdilmişdir. Bu cür destruktiv yanaşma yalnız gərginliyin artmasına xidmət edir”.

M.Əhmədzadənin fikrincə, Ermənistan tərəfindən qeyri-adekvat reaksiyalar və təxribat xarakterli açıqlamalar bu ölkədəki seçkiqabağı vəziyyətlə əlaqədardır. Bildirib ki, Ermənistan bu məsələdən siyasi vasitə kimi istifadə edir:

“Bizim rəsmi qurumlarımız Ermənistanın siyasi və hərbi dairələrinə beynəlxalq sərhəd boyunca dövlətlərarası sərhəd rejiminin reallığını qəbul etmələrini, bölgədəki vəziyyəti əsassız olaraq gərginləşdirməmələrini və sərhəd məsələlərini ikitərəfli kanallar vasitəsi ilə Azərbaycan tərəfi ilə konstruktiv şəkildə işləməklə həll etmələrini tövsiyə edib. Bu kimi hallar hər iki tərəfin müvafiq sərhəd orqanları arasında qarşılıqlı təmaslar yolu ilə həll edilə bilər və edilməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO