Ermənistanda əsgər analarının etirazı başladı

Ermənistanda əsgər analarının etirazı başladı

Hazırda oxunan: Ermənistanda əsgər analarının etirazı başladı

2175

Onlar Paşiniyan hakimiyyətindən oğullarını geri tələb edirlər.

İşğalçı Ermənistanın siyasi hakimiyyəti, ictimaiyyət artıq məğlubiyyəti qəbul edib və bunu etiraf edirlər.

İndi bütün siyasi qüvvələr “günah keçisi” axtarışına çıxıblar. Hər kəs çalışır ki, məğlubiyyətin payından ona az düşsün.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan İctimai Televiziyada bəyan edib ki, ordu müasir silah anlayışından çox uzaqda idi. Ermənistan 2018-2020-ci illərdə son 10 illə müqayisədə daha müasir silahlar alıb.

Ovannisyanın iddiaları keçmiş prezidentə bərk toxunub, Sarkisyanın cavabı kifayət qədər sərt olub. O bildirib ki, Müdafiə Nazirliyinin sözçüsü ya rəqəmləri bilmir, ya da bilərəkdən reallığı təhrif edir:

“Ölkənin müharibə şəraitində olduğunu və hərbi vəziyyət elan edildiyini, qarşı tərəfin artıq Şuşaya çatdığını nəzərə alsaq, bu barədə danışmaq, günahkar axtarmaq ləyaqəsizlikdir. Hərbi vəziyyət başa çatdıqdan sonra biz bu mövzuya ətraflı və əsaslandırılmış şəkildə toxunacağıq".

Ermənistan parlamentində də ara qarışıb, siyasi ittihamlarla dolu çıxışlar günbəgün artır.

"Çiçəklənən Ermənistan" Partiyasının deputatı Naira Zöhrabyan hakimiyyətin yarıtmazlığına eyhamlar vurub və bizi məğlubiyyətə hazırlayırlar deyib.

Erməni deputat müraciətində bildirib ki, həddindən artıq yaralı əsgər var və onların həyatda qalmaları üçün təcili qan lazımdır:

"Mən hamını İrəvandakı Hemotologiya Mərkəzinin qarşısına çağırıram. Gəlin qan verin, əsgərlərin həyatını qurtaraq", - deyə o bəyan edib.

Ermənistanın sosal şəbəkə istifadəçilərinin müharibənin ilk günlərində yazdıqları “qalib” statuslarını artıq hakimiyyətə qarşı qəzəb, hiddət, eyni zamanda, ruh düşgünlüyü ifadə edən paylaşımları əvəz edir.

Onlar Artsrun Ovannisyanın çıxışları paylaşılan postlara üsyan dolu şərhlər yazırlar:

“Müharibəni qazanmaq vədləri ilə minlərlə insanlar həlak oldu, itkin düşənlərin yaşayıb yaşamadığı barədə heç bir məlumat vermirsən”,

“Həm müharibəni uduzdunuz, Qarabağı itirdiniz, həm də bir qrup ermənidən başqa bütün ölkə açından ölür”,

“Sizə inanmaq ən böyük səhvimiz oldu, tökülən qanların ən böyük günahkarısınız”, “Bu milləti aldadaraq məhv etdiniz” və s.

Bundan başqa, hər gün çox sayda erməni əsgələrinin fotolarını paylaşan sosial şəbəkə istifadəçilərinin yaxınları, qohumları yalvararaq, onların taleyi haqqında məlumat almaq istədiklərini bildirirlər:

“Üz tutduğumuz çağırış məntəqələrində bizi adam yerinə qoyan yoxdur. Övladlarımızı buradan yola salmışıq desək də, cavabımız üzümüzə çırpılan bağlı qapılar olur”.

Ermənistandakı siyasi ekspertlərin ümumi mənzərə ilə bağlı bir fikri var: “Paşiniyan rejimi süquta yaxınlaşır. Hakimiyyət nəzarəti itirib, ölkə sosial-siyasi partlayış ərəfəsindədir”.

Ağanisə Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO