"Üçüncü ölkə qüvvələri Ermənistan Respublikası ərazisində təhlükəsizliyin təmin edilməsi funksiyasını yerinə yetirməyəcək".
Bizim.Media xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Parlamentin iclasında kommunikasiyaların bloklanmasından danışarkən deyib.
O qeyd edib ki, gömrük nəzarəti və sərhəd nəzarəti funksiyaları tam hüquqlu, suveren olmalıdır: “Ermənistan müzakirəni davam etdirməyə hazırdır. Üçüncü tərəflər isə ölkəmizin ərazisində təhlükəsizliyin təmin edilməsi funksiyasını yerinə yetirməyəcək”.
Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın Rusiya tərəfinin yalnız Azərbaycanı Naxçıvanla birləşdirən yola (Zəngəzur dəhlizi - red) nəzarət edə biləcəyi, monitorinqin isə uzaqdan aparıla biləcəyi barədə bəyanatına gəlincə, Mher Qriqoryan deyib: “Bu isə ölkənin maraqlarından asılıdır”.
Bizim.Media