"Paşinyan açıqlamalarında ermənilərin Qarabağa qaydışından danışmayıb” - Politoloq

"Paşinyan açıqlamalarında ermənilərin Qarabağa qaydışından danışmayıb” - Politoloq

Hazırda oxunan: "Paşinyan açıqlamalarında ermənilərin Qarabağa qaydışından danışmayıb” - Politoloq

215821


"ABŞ, Fransa və Niderlandın qanunvericiləri ermənidən çox erməni olmağa çalışırlar".

Bizim.Media xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkədə yazıb.

Politoloqun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq, dəhlizlərin işə düşməsini istəyir və Azərbaycan həbsxanasındakı Qarabağ separatçılarının taleyi maraqlandırmır:

"Paşinyan, Qarabağ mövzusunun ölkəsi üçün bitdiyi qənaətindədir. Dərinə getsək, həbsxanadakı separatçıların azadlığa buraxılması Paşinyanın maraqlarına cavab vermir, çünki onlar azadlığa çıxarlarsa, onun rəqiblərinə qoşulacaq və Ermənistan hökuməti üçün təhlükə yaradacaqlar. Paşinyan açıqlamalarının heç birində ermənilərin Qarabağa qaydışından da danışmayıb, mövcud reallıqla barışıb.

Nikol Paşinyan erməni cəmiyyətinə Qarabağa aid nə varsa unutmağı təlqin edərkən, ABŞ, Fransa və Niderland qanunvericiləri separatçıların azad edilməsi, Qarabağda “erməni mədəni isrsinin qorunması”, ermənilərin Qarabağa qayıdışı məsələlərini qaldırmaqla Ermənistana ayı xidməti göstərirlər".

Politoloq qeyd edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan və Zəngəzur dəhlizi açıldıqdan sonra iki dövlət arasında münasibətlər nizamlanmağa başlanacaq və erməni lobbisi ilə birgə hərəkət edənlərin xidmətinin Ermənistana ancaq zərəri olacaq.

"Biz isə çalışmalıyıq ki, ABŞ, Fransa və Niderlandın sıraları genişlənməsin, başqa dövlətlərin qanunvericiləri erməni lobbisinin təsiri altına düşməsinlər", - deyə Elxan Şahinoğlu vurğulayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO