Təyyarələrdə mobil operatorların xidmətləri niyə dayandırılıb?

Təyyarələrdə mobil operatorların xidmətləri niyə dayandırılıb?

Hazırda oxunan: Təyyarələrdə mobil operatorların xidmətləri niyə dayandırılıb?

214271
Azərbaycanın mobil operatorları tərəfindən təyyarələrdə xidmətlərin göstərilməsinin dayandırılmasına səbəb Binə qəsəbəsində yaşayan abunəçilərin SIM kartlarının təyyarələrin göyərtəsindəki şəbəkə qurğularına avtomatik qoşulması problemi ilə bağlıdır.

Moderator.az xəbər verir ki, bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Məlumatda qeyd olunur ki, bu problemlə əlaqədar olaraq hava limanı yaxınlığında yaşayan abunəçilər zəngləri göyərtədəki qurğulara uyğun olaraq yüksək rouminq tarifləri ilə edirdilər:

“Göyərtə qurğularının siqnalı o qədər güclüdür ki, bütün Binə qəsəbəsinin ərazisini əhatə edir. Ona görə də sakinlər tez-tez operatorlara şikayət edirdi. Bunları nəzərə alaraq, təyyarədə mobil xidmətlərin göstərilməsi dayandırılıb".

Qeyd edək ki, bundan əvvəl yerli mobil operatorlar 30 aviaşirkətə məxsus təyyarələrdə xidmət göstərirdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO