"Zurabişvili fırıldaqçıdır" - Kaxa Kaladze

"Zurabişvili fırıldaqçıdır" - Kaxa Kaladze

Hazırda oxunan: "Zurabişvili fırıldaqçıdır" - Kaxa Kaladze

213828

Tbilisi meri Kaxa Kaladze Gürcüstan Prezidenti Salome Zurabişvilini ölkənin imicinə xələl gətirməkdə ittiham edib. 

Bizim.Media Gürcüstan KİV-ə istinadla xəbər verir ki, o, Zurabişvilinin "ölkənin imicinə xələl gətirmək üçün hər şey etdiyini" vurğulayıb.
 

"Konstitusiyanı ilk pozan şəxsin səfərini başqa necə qiymətləndirmək olar? Əslində bunun əksi olmalıdır, o, Konstitusiyanı birinci müdafiə etməlidir”, - deyə Kaladze Zurabişvilinin bu gün almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşlə əlaqədar Almaniyaya səfərini qiymətləndirib.


Konstitusiyaya görə, Zurabişvili yalnız hökumətin razılığı ilə xarici səfərlər edə və rəsmi görüşlər keçirə bilər. 2023-cü ildə Gürcüstan prezidentinin Konstitusiyanı pozması onun impiçmentinə səbəb olub.

Rəna, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO