Paşinyan: “İrəvan Bakı ilə sülh sazişi imzalamağa hazırdır”

Paşinyan: “İrəvan Bakı ilə sülh sazişi imzalamağa hazırdır”

Hazırda oxunan: Paşinyan: “İrəvan Bakı ilə sülh sazişi imzalamağa hazırdır”

213006

“İrəvan razılaşdırılmış maddələr əsasında Bakı ilə sülh sazişi imzalamağa və gələcək müzakirələri davam etdirməyə hazırdır”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Nyu-Yorkda Avropa Şurasının baş katibi Alen Berset ilə görüşündə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğandan BMT-nin tribunasından İrəvana MESAJ: “Münasibətlərimizdə normallaşma…”


Bakının Ermənistan Konstitusiyası ilə bağlı tələblərinə gəlincə, Ermənistanın baş naziri iddia edib ki, guya Azərbaycan Konstitusiyasının Ermənistana qarşı “ərazi iddiaları” var: 

“Lakin erməni tərəfi bunu danışıqlar mövzusuna çevirmir. Çünki orada - sülh müqaviləsinin razılaşdırılmış mətnində “tərəflərdən heç birinin bu beynəlxalq müqavilənin müddəalarına əməl edilməməsi üçün bəhanə kimi öz daxili qanunvericiliyinə istinad edə bilməyəcəyinə” dair bir müddəa mövcuddur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO