Rusiyanın İrkutsk vilayətində iki nəvəsinin qətli ilə bağlı 1999-cu ildən axtarışda olan 77 yaşlı qadın saxlanılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İrkutsk vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qadın Simferopolda saxlanılaraq İrkutsk vilayətinə aparılıb:
“Simferopolda 77 yaşlı qadın pasportunun bərpası üçün polis şöbəsinə müraciət edib. Bu zaman polis müəyyən edib ki, eyni şəxsi məlumatlara malik vətəndaş 1999-cu ildən nəvələrini qətlə yetirdiyinə görə axtarışda olub. Bu səbəbdən genetik ekspertiza təyin edilib və ekspertizanın nəticələrinə əsasən, ərizəçi ilə axtarışda olan qadının eyni şəxs olduğu müəyyən edilib. İstintaq orqanlarının tələbi ilə onun barəsində məhkəmə həbs qətimkan tədbiri seçilib”.
Qeyd edək ki, 1999-cu ilin sentyabrında İrkutsk şəhərinin Trilissera küçəsindəki mənzildə iki uşağın meyiti tapılıb. Cinayət işinin istintaqı zamanı azyaşlıların nənəsinin qətlində əli olması müəyyən edilib. Daha sonra qadın ibtidai istintaq orqanlarından qaçıb və axtarışa verilib.
Bizim.Media
- A-
- A
- A+
Region
12:38 / 24.09.2024
Rusiyada 25 il əvvəl iki nəvəsini qətlə yetirən qadın SAXLANILDI - FOTO/VİDEO
Hazırda oxunan: Rusiyada 25 il əvvəl iki nəvəsini qətlə yetirən qadın SAXLANILDI - FOTO/VİDEO
Hazırda oxunan: Rusiyada 25 il əvvəl iki nəvəsini qətlə yetirən qadın SAXLANILDI - FOTO/VİDEO
212913
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.