Karantin sabahdan yumşaldılır - Türkiyədə

Karantin sabahdan yumşaldılır - Türkiyədə

Hazırda oxunan: Karantin sabahdan yumşaldılır - Türkiyədə

21287

Türkiyədə aprelin 29-dan tətbiq olunan tam qapanma sabahdan ləğv olunaraq mərhələli yumşalmaya başlanılır.

Bizim.Media xəbər verir ki, bununla bağlı Türkiyə Daxili İşlər Nazirliyinin verdiyi “Tədricən normallaşma tədbirləri” adlı sərəncamda bildirilib. Qərara görə, tədricən normallaşma dövrü tədbirləri 17 may saat 05:00-dan 1 iyun saat 05:00-a qədər tətbiq olunacaq.

Yumşalma dövründə komendant saatı iş günləri saat 21:00-05:00 arası, həftə sonları isə cümə günü saat 21:00-dan bazar ertəsi 05:00-a qədər tətbiq ediləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə koronavirusla bağlı son vəziyyət


Vaksinasiyadan keçmiş 65 yaşdan yuxarı insanlar (peyvəndlənməyənlər yalnız iş günləri saat 10: 00-dan 14: 00-a qədər çıxa bilərlər) və 18 yaşınadək olanlar üçün evdən çıxma məhdudiyyətləri ləğv olunacaq.

Bununla yanaşı sözügedən kateqoriyaya aid vətəndaşlara şəhərdaxili ictimai nəqliyyatdan istifadə etməyə icazə verilməyəcək.

Eyni zamanda qərara görə komendant saatı dövrü istisna olmaqla şəhərlərarası səyahət qadağası da ləğv ediləcək. Məktəbəqədər müəssisələr yenidən fəaliyyətlərinə davam edə biləcəklər.

Komendant saatı ölkəyə turizm məqsədilə qısa müddətlik gələn əcnəbilərə şamil olunmayacaq.

Lakin idman salonları, hovuz, kinoteatr, qəhvəxana, hamam, sauna, kurort və əyləncə parkları bağlı qalacaq. Restoranlar yalnız “evə sifariş” rejimində fəaliyyət göstərə biləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO