Ermənistanın Baş naziri Nikol Paşinyan ilk prezident Levon Ter-Petrosyanın Dağlıq Qarabağla bağlı etmək istədiklərini həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu fikirləri Erməni Milli Konqresi sədrinin müavini, deputat Levon Zurabyan bazar günü partiyanın qurultayında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan müdafiə nazirini, Baş Qərargah rəisini yanına çağırdı – TƏCİLİ İCLAS
Zurabyan qeyd edib ki, Paşinyanın Ter-Petrosyanın mənəvi oğlu olduğu versiyası siyasi dairələrdə geniş yayılıb və o, keçmiş dövlət başçısının Qarabağla bağlı planını yerinə yetirib.
"Analiz bir daha bunu sübut edir: Paşinyan Ermənistanda və Qarabağda Ter-Petrosyanın planını, Daşnaktsutyun partiyasının, sabiq prezident Robert Köçəryanın “bir qarşı torpaq da vermərik” ideyasını reallaşdırıb”. “Armeniasputnik.am” saytı Zurabyanın dediklərindən sitat gətirib.
Onun sözlərinə görə, Paşinyan elə edib ki, "bir metr də olsa torpaq" saxlamayıb və düşmənə təhvil verib: “Nəticədə minlərlə erməni əsgər öldürülüb”.
Xatırladaq ki, ilk prezident Levon Ter-Petrosyan 2018-ci ilin yayında Ermənistanın Baş naziri Nikol Paşinyana Qarabağı geri vermək təklifini edib.
Bizim.Media