Şalva Papuaşvili: “Gürcüstana istənilən xarici müdaxilənin qarşısı alınacaq”

Şalva Papuaşvili: “Gürcüstana istənilən xarici müdaxilənin qarşısı alınacaq”

Hazırda oxunan: Şalva Papuaşvili: “Gürcüstana istənilən xarici müdaxilənin qarşısı alınacaq”

211238

“Gürcüstanda keçiriləcək parlament seçkisi dövründə ölkənin daxili işlərinə xarici müdaxilə faktları var. Hökumət bütün işlərdən xəbərdardır”.

Bizim.Media gürcü KİV-nə istinadən xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstanın müxalif siyasi partiyalarının Danimarka hökuməti tərəfindən maliyyələşdirilməsi barədə faktlar var.

Gürcüstan hakimiyyəti bunu seçkiqabağı müdaxilə kimi qiymətləndirib, bundan sonra maliyyələşmə dayandırılıb.

“Bizim öz kəşfiyyat materiallarımız var. Lazımi yerlərdə danışırıq. Danimarkanın maliyyə yardımı haqqında danışdıq və onu dayandırdıq. İndi biz videoçarxların maliyyələşdirilməsi kampaniyası haqqında danışırıq. Onların müəllifləri öz maliyyə mənbələrini gizlədirlər. Buna baxmayaraq biz bu məsələdə də müsbət nəticə əldə edəcəyik”, - deyə Papuaşvili vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti Gürcüstandakı seçkilər ərəfəsində “rəngli inqilab”ın hazırlandığı ilə bağlı məlumat yaymışdı.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO