Ermənistanda ağır cinayətlərin sayı artıb - DİN qanunsuz silahları axtarır

Ermənistanda ağır cinayətlərin sayı artıb - DİN qanunsuz silahları axtarır

Hazırda oxunan: Ermənistanda ağır cinayətlərin sayı artıb - DİN qanunsuz silahları axtarır

211142

2024-cü ilin birinci yarısında Ermənistanda ağır cinayətlərin sayı ötən illə müqayisədə 17,2% artıb.

Bizim.Media xəbər verir ki, bunu baş prokuror Anna Vardapetyan Nazirlər Kabinetinin iclasında bildirib. 

Mövzu ilə bağlı baş nazir Nikol Paşinyan da çıxış edib. O, belə cinayətlərin sayının artmasını  44 günlük müharibədən sonra yoxa çıxan silahlarla əlaqələndirib.

Paşinyan Daxili İşlər Nazirliyinin qanunsuz silahların axtarışına yenidən baxılmasını yüksək qiymətləndirib və qeyd edib ki, gələcəkdə qanuni silahların sərbəst satışı məsələsini öz üzərinə götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO