Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanı Cənubi Qafqazda “sülh uğrunda canları bahasına mübarizə aparanlara” hörmət etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Zaxarova keçirdiyi brifinq zamanı Ermənistan baş naziri Nikol Paşinyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını təhrif etdiyi son bəyanatlara şərhində deyib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Azərbaycanla diplomatik münasibətlər qurmaq istəyir
“Sənədlər sehrli çubuqla deyil, öz töhfəsini verən insanlar tərəfindən reallaşdırılır. Yazılanların reallığa çevrilməsi üçün insanlar təkcə vaxtını deyil, bəzən həyatlarını da qurban verirlər. Ona görə də mənə elə gəlir ki, sənədlərdən sitat gətirərkən belə yüngül, məsuliyyətsiz yanaşmaq olmaz”, - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Zaxarova qeyd edib ki, regionda sülh və sabitliyə nail olmaq üçün müvafiq sənədlərin müddəalarını hazırlayanların səylərinə hörmət etmək lazımdır: “Ən vacibi odur ki, məsuliyyətli siyasətçilər mürəkkəb tarixi proses nəticəsində hazırlanmış sənədlərə qarşı məsuliyyətsiz davranmamalıdırlar”.
Bizim.Media