Paşinyan: Ermənistan Aİ ilə məsələləri genişləndirir

Paşinyan: Ermənistan Aİ ilə məsələləri genişləndirir

Hazırda oxunan: Paşinyan: Ermənistan Aİ ilə məsələləri genişləndirir

210726

“İrəvan və Brüssel viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlayır”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədr müavini Marqaritis Shinas görüşündə bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan Avropa İttifaqı ilə gündəlikdə duran məsələri genişləndirir: “Avropa Sülh Fondu ilə Ermənistana dəstək verilməsi barədə qərar qəbul edilib, biz bunu çox yüksək qiymətləndiririk.

Bu, asan məsələ deyil, amma artıq Ermənistanın siyasi gündəminin bir hissəsinə çevrilib, ona görə də bu mövzuya ətraflı və hərtərəfli yanaşmaq lazımdır. Burada Aİ-dən olan tərəfdaşlarımızın müşahidələrini və məsləhətlərini dinləmək vacib olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO