Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın bu ölkədəki səfiri Mehdi Sobhani ilə görüş keçirib. Görüş zamanı regiondakı vəziyyət və Ermənistan-İran münasibətləri müzakirə edilib.
Bizim.Media xəbər verir ki, İran səfirliyi X sosial şəbəkəsindəki səhifəsində görüşün bəzi təfərrüatlarını açıqlayıb.
Mənbə qeyd edib ki, görüşün əsas mövzusu Zəngəzur dəhlizinə həsr edilib.
Tərəflər bir daha bildiriblər ki, Azərbaycanla kommunikasiyaların açılması kontekstində Ermənistan ərazisindən keçən ekstraterritorial dəhlizin işə düşməsi yolverilməzdir.
Qriqoryan vurğulayıb ki, Ermənistan ərazisindən keçən istənilən yol ölkənin nəzarəti və milli suverenliyi altında olmalıdır və İrəvan istənilən “dəhliz” məntiqinin əleyhinədir.
O, eyni zamanda Ermənistanla İran arasındakı sərhədi sülh və dostluq sərhədi adlandırıb və əlavə edib ki, heç bir qüvvə bunu pozmağa qadir deyil.
İran səfiri də Tehranın regionda sərhədlərin istənilən dəyişikliyinə qarşı çıxan prinsipial mövqeyini bir daha xatırladıb.
Qeyd edək ki, rəsmi Tehran “materik” Azərbaycanla Naxçıvan arasında yaradılacaq ekstraterritorial dəhlizə qarşı çıxır.
Bizim.Media
- A-
- A
- A+
Region
12:12 / 09.09.2024
İrandan növbəti TƏXRİBATÇI AÇIQLAMA: "Zəngəzur dəhlizi açılmayacaq" - FOTO
Hazırda oxunan: İrandan növbəti TƏXRİBATÇI AÇIQLAMA: "Zəngəzur dəhlizi açılmayacaq" - FOTO
Hazırda oxunan: İrandan növbəti TƏXRİBATÇI AÇIQLAMA: "Zəngəzur dəhlizi açılmayacaq" - FOTO
210643
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.