Zaxarovadan ermənilərin "etnik təmizlənməsi" ilə bağlı suala tutarlı CAVAB - VİDEO

Zaxarovadan ermənilərin "etnik təmizlənməsi" ilə bağlı suala tutarlı CAVAB - VİDEO

Hazırda oxunan: Zaxarovadan ermənilərin "etnik təmizlənməsi" ilə bağlı suala tutarlı CAVAB - VİDEO

208833

“Rusiya Azərbaycanın Qarabağ ermənilərinin reinteqrasiyası planı ilə tanışdır. Bu əhalini müxtəlif cür, o cümlədən “son vaxtlara qədər orada yaşayanlar” kimi adlandırmaq olar. Erməni tərəfinin bununla bağlı hər hansı ətraflı proqramı varmı? Əgər olsaydı, şərh edərdim. Niyə başqa dövlətin nümayəndəsindən bu məsələni necə gördüyümüzü soruşursunuz? Biz Rusiya olaraq, tərəfləri bu problemi həll etməyə təşviq edirik, lakin başa düşdüyünüz kimi, əldə edilmiş razılaşmaları həyata keçirmədən bunu etmək kifayət qədər çətindir”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Zaxarova: “Ermənistan Rusiyanın Zəngəzur dəhlizində nəqliyyat axınına nəzarət etməsinə razı olmadı”


Zaxarova vurğulayıb ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci ildə və daha sonra əldə edilmiş üçtərəfli razılaşmaları əsas götürür.

Bu razılaşmalar hələ də Azərbaycan-Ermənistan barışığının əsasını təşkil edir: “Biz hesab edirik ki, onların alternativi yoxdur. 

Üçtərəfli saziş Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün bütün əsas yolları, o cümlədən sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası və demarkasiyası, regionda nəqliyyat kommunikasiyalarının açılması və vətəndaş cəmiyyətinin xətti ilə əlaqələrin inkişafını əhatə edir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması Rusiya Prezidentinin Azərbaycana son dövlət səfəri zamanı da ətraflı müzakirə olunub”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO