Nika Meliya azadlıqda – Gürcüstanda müxaliflər güclənir

Nika Meliya azadlıqda – Gürcüstanda müxaliflər güclənir

Hazırda oxunan: Nika Meliya azadlıqda – Gürcüstanda müxaliflər güclənir

20756

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya həbsxanadan buraxılıb.

Bizim.Media xəbər verir ki, qərar Baş Prokururluğun vəsatəti əsasında Tbilisi Şəhər Məhkəməsi tərəfindən verilib. 

Qeyd edək ki, mayın 8-də Avropa İttifaqı VMHP sədrinin əvəzinə 40 min lari məbləğində girovu ödəyib.

Nika Meliya 2019-cu il iyunun 21-nə keçən gecə Tbilisidə parlamentin binası qarşısında keçirilmiş kütləvi etiraz aksiyası zamanı qrup halında zorakılıq törətməkdə ittiham olunub.

O, girovu ödəməkdən imtina etdiyinə görə fevralın 23-də həbs edilib. Meliyanın həbsi ölkədə siyasi böhranın yaranmasına səbəb idi.

Nika Meliya Mixeil Saakaşvilinin yaratdığı partiyaya rəhbərlik edir. Ümumiyyətlə, Saakaşvilinin Odessa olaylarından sonra Gürcüstana qayıtması Tbilisi hökumətinin qurulmasındakı 2013-cü ildən sonrakı axarı az da olsa silkələyib. Çünki Gürcüstanda Saakaşvilinin yenidən hakimiyyətə gəlməsi aktuallaşıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO