Ermənistan prezidenti Vahan Xaçatryan baş nazirin təklifi ilə Qurgen Arsenyanı Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, yeni səfirlə bağlı maraqlı təfərrüatlar ortaya çıxıb.
MÖVZU İLƏ BAĞLI:
Qurgen Arsenyan Ermənistanın Rusiyadakı səfiri təyin edildi
Gələn xəbərlərə görə, keçən ilə qədər Arsenyan Rusiyada əsl biznes sahibi olub. Arsenyan ixtisasca iqtisadçıdır. Rəsmi tərcümeyi-halına görə, 1987-2000 və 2007-2012-ci illərdə bizneslə məşğul olub, 2000-2007, 2012-2017 və 2021-2024-cü illərdə isə Ermənistan parlamentinə seçilib.
Arsenyanın gəlirləri onu parlamentin ən zəngin deputatlarından biri olduğunu göstərib.
Bu adamın 533 milyon dram (1 milyon 380 min ABŞ dolları) dəyərində rəsm əsərləri, 133 milyon dram (344 min dollar) dəyərində saat kolleksiyası var. 2023-cü ilin son bəyannaməsinə görə, Arsenyan 7-si Ermənistan, 1-i Rusiya olmaqla 8 şirkətdə səhmlərə sahib olub.
Lakin onun 51% paya malik olduğu erməni şirkətlərindən biri olan “Eldorado-Armen” MMC 2020-ci ildə müflis elan edilib və 2023-cü ilin sonunda iflas işi onun ləğvi ilə başa çatıb.
Rusiyadakı "Vcredit24" şirkətinin də ona məxus olduğu söylənilir. Bununla belə, 2023-cü il üçün illik bəyannaməda şirkətin artıq mövcud olmadığını göstərib.
Bizim.Media