Petrosyan: “Paşinyan Ermənistanı bir türk vilayətinə çevirir”

Petrosyan: “Paşinyan Ermənistanı bir türk vilayətinə çevirir”

Hazırda oxunan: Petrosyan: “Paşinyan Ermənistanı bir türk vilayətinə çevirir”

20529

Düşünürəm ki, Nikol Paşinyan daha bir neçə hərbi əsiri geri qaytarmaq və seçkilərə qədər reytinqini artırmaq üçün Azərbaycanla razılaşıb.

Bizim.Media xəbər verir ki, bunu mayın 8-də jurnalistlərlə görüşündə Ermənistanın İstintaq Komitəsinin Nəzarət Baş İdarəsinin keçmiş rəhbəri, ədliyyə general-mayoru Tatul Petrosyan deyib.

Onun sözlərinə görə, mövcud rejim təmsilçilərinin fəaliyyətləri yalanlara söykənir və indi hakimiyyətlərini uzatmağa və müştərilərinin sifarişlərini yerinə yetirməyə, Ermənistanı bir türk vilayətinə çevirərək Qarabağın qalan hissəsini Azərbaycana verməyə çalışırlar.
 

MÖVZU İLƏ BAĞLI:

Petrosyan: ''Belə getsə parlamentin iclsası ''salam əleyküm''lə başlayacaq''


Petrosyanın qeyd etdiyi kimi, Nikol Paşinyanın son çıxışları onun psixoloji problemlərinin olduğunu göstərir: epitetləri (xain və təslim olan) ikinci və üçüncü prezidentlərə aid etməyə başlayıb, baxmayaraq ki, bu cür xarakterlər ona ünvanlanır.

“Şuşa və Qarabağın çoxdan verildiyindən danışan Paşinyan danışıqları sıfırdan başlamaqla bağlı dediyi sözləri unudur. Nəticədə bu, çıxılmaz vəziyyətə və fəlakətə səbəb olub.

Bir çox erməninin hələ də Azərbaycan əsirliyində olduğu şəraitdə, türklərlə ünsiyyətdən və dinc yanaşı yaşamaqdan danışır.

Lavrov Ermənistana son səfəri zamanı blokadadan çıxarma məsələsində heç bir təzyiq və ya tələb olmadığını təsdiqləyib. Yəni bu, Paşinyanın iradəsinin sərbəst ifadəsidir”, deyə general vurğulayıb.

O, qeyd edib ki, Paşinyan bütün dövlət sistemini məhv edib:

“Mövcud hakimiyyət uğursuzluqlarının məsuliyyətini Arman Tatoyana yükləməyə çalışır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO