Havadarları tərəfindən silahlandırılan Ermənistanın regionda vəziyyəti gərginləşdirmək məqsədilə şərti sərhəddə törətdiyi təxribatlara qarşı bölmələrimiz tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər və mövcud əməliyyat şəraiti təhlil edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclasına dair yaydığı məlumatda bildirilib.
İclasda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar kollegiya iştirakçılarına çatdırılıb.
Ölkə başçısının səsləndirdiyi "Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir" ifadəsini vurğulayan general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun Ali Baş Komandanın istənilən tapşırığını yüksək peşəkarlıqla icra etməyə qadir olduğunu bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
14:36 / 03.08.2024
Şərti sərhəddə Ermənistanın təxribatlarına qarşı Azərbaycan hansı tədbirləri görəcək?
Hazırda oxunan: Şərti sərhəddə Ermənistanın təxribatlarına qarşı Azərbaycan hansı tədbirləri görəcək?
Hazırda oxunan: Şərti sərhəddə Ermənistanın təxribatlarına qarşı Azərbaycan hansı tədbirləri görəcək?
204900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.