Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ prezidentliyinə namizəd Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynada münaqişənin bitəcəyini proqnozlaşdırıb.
Bizim.Media xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Təbii ki, biz heç kimin seçkilərinə, xüsusən də belə böyük bir ölkənin - ABŞ-ın prezident seçkilərinə müdaxilə edə bilmərik. Bu, bizim işimiz deyil. Bircə onu demək olar ki, Donal Tramp seçkidə qalib gəlsə, Ukraynada müharibə daha tez bitəcək və ona görə də regionumuz daha tez sakitləşəcək ki, bu da xüsusilə Gürcüstana münasibəti dəyişəcək” – deyə Kobaxidze bildirib.
Qeyd edək ki, ABŞ-ın hazırkı Prezidenti Co Bayden prezidentlik yarışından çıxıb və namizədliyini geri götürdüyünü açıqlayıb.
Bizim.Media