Avropa Şurasından Ermənistana HƏRBİ DƏSTƏK: 10 milyon avro yardım ediləcək

Avropa Şurasından Ermənistana HƏRBİ DƏSTƏK: 10 milyon avro yardım ediləcək

Hazırda oxunan: Avropa Şurasından Ermənistana HƏRBİ DƏSTƏK: 10 milyon avro yardım ediləcək

203080

Avropa Şurası (AŞ) Ermənistan Respublikasının Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində dəstək məqsədilə Avropa Sülh Fondu (AƏF) çərçivəsində yardım paketini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Armenian News” saytı məlumat yayıb. 

Bildirilib ki, AŞ ilk dəfə olaraq Avropa Sülh Fondundan Ermənistana dəstək vermək qərarına gəlib: 

“Bu yardım tədbirinin məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə vermək olacaq.

Həmçinin Aİ tərəfindən yerləşdirilən beynəlxalq hərbi missiya və əməliyyatlarda ölkənin gələcəkdə mümkün iştirakı halında Ermənistanın dayanıqlığını artırmaq və Silahlı Qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır. Qəbul edilmiş yardım tədbiri batalyon ölçülü bölmə üçün tam hüquqlu yerləşdirilə bilən çadır şəhərciyinin təmin edilməsinə imkan verəcək”.

“Təhlükəsizlik Ermənistanla ikitərəfli münasibətlərimizin daha vacib elementidir. Avropa Sülh Mexanizminin bu tədbiri ölkənin dayanıqlığına daha da töhfə verəcək.

Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə dialoqumuzu daha da genişləndirmək, həmçinin Ermənistanın Aİ-nin rəhbərlik etdiyi missiya və əməliyyatlarda gələcək iştirakını nəzərdən keçirməkdə qarşılıqlı marağımız var”, - Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə Cozep Borrell bildirib.
Aİ rəsmisi əlavə edib ki, sözügedən dəstək Aİ-nin Ermənistanla ortaq dəyərlərə əsaslanan və Ermənistanda və Cənubi Qafqazda sülh, sabitlik və rifahın təşviqinə yönəlmiş tərəfdaşlığı çərçivəsində veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO