Gürcüstan Azərbaycana satdığı şirkətdən niyə əl çəkmir? – MƏHKƏMƏ DAVASI

Gürcüstan Azərbaycana satdığı şirkətdən niyə əl çəkmir? – MƏHKƏMƏ DAVASI

Hazırda oxunan: Gürcüstan Azərbaycana satdığı şirkətdən niyə əl çəkmir? – MƏHKƏMƏ DAVASI

20299

Xəbər verildiyi kimi ötən gün Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib. Görüşdə həm də "Caucasus Online" problemi müzakirə olunub.

Bizim.Media xəbər verir ki, məsələni “Facebook” hesabında şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib.

O, bildirib ki, 2 ildir Gürcüstan hökumətinin Azərbaycanın NEQSOL şirkətinin qanuni əsaslarla səhmlərini aldığı “Caucasus Online” şirkətinə öz nümayəndəsini təyin etməklə alqı-satqının reallaşmasına imkan vermir:

“Hazırda NEQSOL beynəlxalq məhkəmələrdə bu problemin hüquqi müstəvidə həllinə çalışır. NEQSOL şirkəti Asiya və Avropa arasında "Rəqəmsal İpək Yolunun" çəkilməsini nəzərdə tutan "Azerbaijan Digital Hub" proqramını icra edir. Söhbət Çinlə Avropanı birşədirən rəqəmsal dəhlizdən gedir. NEQSOL şirkəti Qara dənizin dibi ilə 1200 km optik xəttə sahib olan “Caucasus Online” şirkətini almaqla Azərbaycanı regionun və dünyanın rəqəmsal mərkəzinə çevrilməsini nəzərdə tutub.

Artıq bu proqram çərçivəsində Xəzərin dibi ilə Qazaxstan və Türkmənistana optik xətlərin çəkilişi ilə bağlı hökumətlərarası sazişlər də qüvvəyə minib.

Ümid edirəm Prezident İlham Əliyevin Gürcüstana səfərinədək "Caucasus Online" problemi həllini tapacaq”, deyə Osman Gündüz əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO