Rusiyadan miqrantlara “QIRMIZI İŞIQ” - Hədəf niyə uşaqlardır?

Rusiyadan miqrantlara “QIRMIZI İŞIQ” - Hədəf niyə uşaqlardır?

Hazırda oxunan: Rusiyadan miqrantlara “QIRMIZI İŞIQ” - Hədəf niyə uşaqlardır?

202298

Rusiya miqrantlarla bağlı qaydaları daha da sərtləşdirməyə çalışır. Artıq sərt qaydaları miqrantların uşaqlarına da şamil etmək istəyirlər. Belə ki, Təhsil və Elmə Nəzarət üzrə Federal Xidmətin (Rosobrnadzor) rəhbəri Anzor Muzayev rus məktəblərinə daxil olan miqrant uşaqlarının oxumaq üçün rus dilini lazımi səviyyədə bilməli olduqlarını bəyan edib. 

Onun sözlərinə görə, qəbul prosesi dil səviyyəsindən asılı deyil, Rusiya məktəbləri rus dilini lazımi biliyə malik olan tələbələri qəbul etməlidir.

“Mən radikalam. Əgər siz ailənizlə gəlib vətəndaşlıq almaq və ya müvəqqəti yaşamaq fikrindəsinizsə, övladlarınızın bu ölkədə təhsil almasını istəyirsinizsə, o zaman onların müəyyən səviyyədə dil bilikləri olmalıdır”, - Muzayev deyir.

Muzaev bildirib ki, daimi yaşamaq üçün Rusiyaya köçmüş ailələrin uşaqları məktəbə gəlməmişdən əvvəl dili öyrənməlidirlər.

Onun dediyinə görə, belə tələblər irəli sürülməsə, o zaman rus dilinə hörmət etməyə və öyrənməyə məcbur edə bilməyəcəyik. 

Rusiyada çoxsaylı azərbaycanlı miqrant da yaşayır. Belə də, sözügedən təklifin qəbul ediləcəyi təqdirdə, çoxsaylı azərbaycanlı miqrantların övladları da çətin duruma düşə bilərlər.

Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov bildirir ki, miqrantarın övladlarına münasibətdə Rusiya siyasiləri tərəfindən səslənən təkliflərdə başlıca məqsəd onların Rusiya cəmiyyətinə daha dərindən inteqrasiya edilməsinə nail olmaqdır:

“Bu qanun layihəsi böyük bir fəaliyyət planının tərkib hissəsidir. Hazırda Rusiyada işsizlik faizi dünyada ən aşağı səviyyədədir. Əhalinin təxminən 2,5 faizi işsizdir. Bunun da səbəbi müharibə, yüz minlərlə iş qabiliyyətli Rusiya vətəndaşının müharibəyə cəlb edilməsidir. Belə olan halda miqrantlara tələbat çoxalıb. Lakin Rusiyanın vətənpərvər siyasi kəsimi ciddi şəkildə buna qarşı çıxır. Priqojinin keçən il başladığı üsyanı da məhz ölkənin “vətənpərvər” kəsimi dəstəkləmişdi. Eyni zamanda  Priqojinin üsyanından sonra Putin hakimiyyəti bu siyasi təbəqənin mesajlarına daha diqqətlə yanaşmağa vadar olub. Bir tərəfdən ölkəyə iqtisadiyyatı ayaqda saxlamaq üçün ucuz işçi qüvvəsi lazımdır. Digər tərəfdən də yerli “vətənpərvər” qruplar buna qarşı çıxır. Belə olan halda miqrasiya qanunvericiliyini sərtləşdirmək istiqamətində verilən təklif və atılan addımlarda məqsəd miqrantların Rusiya cəmiyyətinə daha dərindən inteqrasiya edilməsinə nail olmaqdır”. 

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO