Ərdoğan: “Zəngəzur dəhlizinin açılması ilə sülh sazişinin yekun mərhələsidir”

Ərdoğan: “Zəngəzur dəhlizinin açılması ilə sülh sazişinin yekun mərhələsidir”

Hazırda oxunan: Ərdoğan: “Zəngəzur dəhlizinin açılması ilə sülh sazişinin yekun mərhələsidir”

201785

Bakı ilə İrəvan arasında tam hüquqlu sülh sazişi bağlandıqdan sonra Türkiyə Ermənistanla sərhədi açıla bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da keçirilən NATO sammiti çərçivəsində jurnalistlərə açıqlamasında məlumat verib.

“Niyə bu sərhədin açılması məsələsinə baxmayaq? Bundan əvvəl biz Ermənistanın baş naziri Nikol Paşinyana bu barədə fikrimizi çatdırdıq. İndi sülh üçün hər şeyi etməliyik. 

Ümid edirik ki, Türkiyənin ürəkdən dəstəklədiyi Azərbaycan və Ermənistan arasında tezliklə davamlı sülh əldə olunacaq. Zəngəzur dəhlizinin açılması isə sülh sazişinin yekun mərhələsidir”, - deyə Türkiyə lideri bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə bu yolda pozitiv qərarların gecikmədən qəbul edilməsini istəyir: “İndi bölgədən müsbət siqnallar gəlir və ümid edirik ki, onlar sonda yaxşı xəbərlərə səbəb olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO