Zaxarova: “Qərb bütün gücü ilə İrəvanı regionda müxtəlif qarşılıqlı fəaliyyət formatlarına cəlb edir

Zaxarova: “Qərb bütün gücü ilə İrəvanı regionda müxtəlif qarşılıqlı fəaliyyət formatlarına cəlb edir"

Hazırda oxunan: Zaxarova: “Qərb bütün gücü ilə İrəvanı regionda müxtəlif qarşılıqlı fəaliyyət formatlarına cəlb edir"

201758

“Qərb bütün gücü ilə İrəvanı regionda və onun ətrafında müxtəlif qarşılıqlı fəaliyyət formatlarına cəlb edir. Bunlar ilk növbədə Rusiya və İrana qarşı yönəlib”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova birifinq zamanı bildirib.

“Amerikalıların Cənubi Qafqazda peyda olması regionda qalan münaqişə potensialını gücləndirəcək və yeni ayırıcı xətlər yaradacaq. Bu təlimlər təəssüfdən başqa heç nəyə səbəb olmur. Bu təlimlər İrəvanın KTMT-də iştirakını dondurması və təşkilata qarşı açıq şəkildə mənfi bəyanatları fonunda keçiriləcək”, - deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Qərb ölkələri sülhlə bağlı hədəflərinin olduğunu bəyan etsə də, onlar üçün əsas məsələ geosiyasi layihələr üçün platsdarm yaratmaqdır:

“Qərb bütün gücü ilə İrəvanı regionda və onun ətrafında müxtəlif qarşılıqlı fəaliyyət formatlarına cəlb edir. Bunlar ilk növbədə Rusiya və İrana qarşı yönəlib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO