SpaceX Türkiyənin ilk milli rabitə peykini kosmosa buraxıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Türk mühəndisləri tərəfindən hazırlanmış ilk peyk olan “Türksat 6A” Bakı vaxtı ilə saat 03.30-da “Space X Falcon 9” raketi ilə “Launch Complex 40”dan kosmosa buraxılıb.
Türksat 6A-nın kosmosa buraxılması üçün ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmik Qüvvələr Stansiyasında mərasim təşkil edilib.
Türksat 6A Türkiyənin peyk auditoriyasının əhatə dairəsini Türkiyə, Avropa və Cənubi Asiyada 3,5 milyarddan 5 milyard nəfərə qədər genişləndirəcək.
Bizim.Media