İrəvandakı aksiyada 86 nəfər SAXLANILDI - İstintaq Komitəsində cinayət işi açıldı - VİDEO

İrəvandakı aksiyada 86 nəfər SAXLANILDI - İstintaq Komitəsində cinayət işi açıldı - VİDEO

Hazırda oxunan: İrəvandakı aksiyada 86 nəfər SAXLANILDI - İstintaq Komitəsində cinayət işi açıldı - VİDEO

197014

Bu gün İrəvanda keçirilən etiraz aksiyası zamanı 86 etirazçı saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iğtişaşlar zamanı altı polis əməkdaşı yaralanıb və onların hamısı xəstəxanaya yerləşdirilib.

Həmçinin ölkənin İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili maddəsi ilə cinayət işi açıb:

“İyunun 12-də saat 19:30-da İrəvanda Baqramyan prospekti boyu polisin qanuni tələblərinə tabe olmayan etirazçılar iğtişaşlar törədib. İğtişaşlar polisə qarşı güc tətbiqi ilə müşayiət olunub, onlara yumruq və təpik zərbələri endirilib, müxtəlif əşyalar atılıb”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO