Dövlət Departamenti:

Dövlət Departamenti: "Ermənistan və Azərbaycan yaxın həftələrdə sülh sazişini tamamlasa yaxşı olar"

Hazırda oxunan: Dövlət Departamenti: "Ermənistan və Azərbaycan yaxın həftələrdə sülh sazişini tamamlasa yaxşı olar"

196988

“Ermənistan və Azərbaycan arasında bağlanacaq sülh sazişi illərlə davam edən münaqişələrə son qoya, Rusiyanın bölgədəki təsirini azalda və Mərkəzi Asiyadan Türkiyəyə yeni ticarət dəhlizi aça bilər”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan KTMT ilə bağlı son nöqtəni qoydu: "Bu qurumdan çıxacağıq"


“Bizim fikrimizcə, Mərkəzi Asiyadan Aralıq dənizinə ticarət dəhlizi yaratmaq üçün bir neçə nəsildən bir fürsət yaranır.

Bu, o zaman mümkündür ki, Azərbaycanla Ermənistan arasında sülh olsun. Bu, dəhliz boyu yeni sənaye sahələri yaradacaq. Bir neçə ildən sonra bu, indiki qədər vacib olmaya bilər... Deməli, indi bunu etmək vaxtıdır. Odur ki, Ermənistan və Azərbaycanın yaxın həftələrdə sülh sazişini tamamlaması məqsədəuyğun olardı”, - deyə Ceyms O'Brayen qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO