“Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın KTMT-dən çıxacağını deməyib, o bildirib ki, təşkilatdan nə vaxt çıxacağına Ermənistan hakimiyyəti özü qərar verəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə keçirilən iclasda bildirib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan KTMT ilə bağlı son nöqtəni qoydu: "Bu qurumdan çıxacağıq"
“Görüş video qeydə alınıb, yoxlaya bilərsiniz ki, kim nə deyib, Ermənistanın baş naziri deməyib ki, “biz KTMT-dən çıxırıq”, Ermənistanın baş naziri deyib ki, “nə vaxt çıxacağımıza qərar verəcəyik, amma çıxsaq, geri qayıtmayacağıq””, - deyə Mirzoyan qeyd edib.
Qeyd edək ki, bundan əvvəl eyni iclasda Paşinyan müxalifətçi deputatlardan birinin iradına cavab olaraq bildirib ki, “biz KTMT-dən çıxacağıq, bununla məni qorxudursunuz, bizdə hər şey yaxşıdır. Biz çıxacağıq və bir də geri qayıtmayacağıq".
Bizim.Media