Ermənistanda maşın Razdan çayına düşdü: Ər-arvad və nəvələri öldü

Ermənistanda maşın Razdan çayına düşdü: Ər-arvad və nəvələri öldü

Hazırda oxunan: Ermənistanda maşın Razdan çayına düşdü: Ər-arvad və nəvələri öldü

196466

Ermənistanın Qeqarkunik vilayətində üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, 69 yaşlı kişinin idarə etdiyi “Mitsubishi Canter” qarşı zolağa çıxıb və körpünün dəmir hasarını yararaq Razdan çayına düşüb. Nəticədə yük avtomobilinin sürücüsü, onun həyat yoldaşı və 8 yaşlı qız nəvələri həlak olub.

Avtomobil sürücünün işlədiyi şirkətə məxsus olub.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO