Simonyan: “ATƏT-in Minsk qrupu buraxıla bilər”

Simonyan: “ATƏT-in Minsk qrupu buraxıla bilər”

Hazırda oxunan: Simonyan: “ATƏT-in Minsk qrupu buraxıla bilər”

196227

“ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra buraxıla bilər”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.

“Onun mövcudluğu (ATƏT-in Minsk qrupu) sülh müqaviləsi imzalanan andan mənasız olacaq. Ermənistan bu istiqamətdə İrəvanla Bakı arasında sülhün bərqərar olmasına gətirib çıxaracaq addımlar atır”, - deyə erməni spiker qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə rəsmi Bakının İrəvana ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı təklif etdiyini bildirib: “Biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO