Ermənistan Parlamentinin spikeri Alen Simonyan Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin ölkəsi barədə fikirlərini təhlükə adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Simonyan jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Əvvəla, xahiş edirəm ki, bizə qarşı təhdidləri dayandırın. KTMT-dən danışmağı dayandırın. Bu təşkilat barədə danışmazdan əvvəl gəlib onun sərhədlərinin hansı ərazilərdən keçdiyini, eləcə də öhdəliklərinin nədən ibarət olduğunu da açıqlasınlar. Aydınlıq gətirsinlər ki, Rusiyanın həm KTMT-nin tərəfdaşı, həm də Ermənistan-Rusiya müqaviləsinin tərəfi kimi öhdəlikləri nədən ibarətdir. Ermənistan-Rusiya müqaviləsinin iştirakçısı bizim suveren ərazimizlə bağlı bu cür bəyanatlara son verin”, - deyə erməni spiker bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib ki, Ermənistanın tələsik addımları Rusiya Federasiyası və digər KTMT ölkələri ilə vahid müdafiə məkanının yaradılması üzrə birgə işə qayıtmağı mümkünsüz edə bilər.
Bizim.Media
- A-
- A
- A+
Region
19:41 / 07.06.2024
Simonyan: “Qaluzinin Ermənistan və KTMT haqqında dedikləri təhdiddir”
Hazırda oxunan: Simonyan: “Qaluzinin Ermənistan və KTMT haqqında dedikləri təhdiddir”
Hazırda oxunan: Simonyan: “Qaluzinin Ermənistan və KTMT haqqında dedikləri təhdiddir”
196219
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.