Qaluzin: “Aİ-nin Ermənistandakı missiyası Rusiya, İran və Azərbaycana qarşı kəşfiyyat məlumatları toplayır”

Qaluzin: “Aİ-nin Ermənistandakı missiyası Rusiya, İran və Azərbaycana qarşı kəşfiyyat məlumatları toplayır”

Hazırda oxunan: Qaluzin: “Aİ-nin Ermənistandakı missiyası Rusiya, İran və Azərbaycana qarşı kəşfiyyat məlumatları toplayır”

195702

“Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyası Rusiya, İran və Azərbaycana qarşı kəşfiyyat məlumatları toplayır”.

Bizim.Media xəbər verir ki, bu iddia ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində çıxış edib.

"Əgər 2022-ci ildə İrəvan KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) vasitəsilə Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün tədbirlər kompleksinin həyata keçirilməsi təklifinə razılıq versəydi, Ermənistanın bu gün üzləşdiyi risklərin bir çoxu azaldıla bilərdi.
Əfsuslar olsun ki, Ermənistan rəhbərliyi heç də dövlət sərhədlərini qorumayan və "monitorinq" adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan Aİ missiyasını dəvət etməyi üstün tutdu", - deyə Qaluzin qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO