Türkiyədə son sutka ərzində 339 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə bir gündə 341 nəfər həyatını itirdi
Bildirilib ki, son 24 saatda 37 min 674 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 788 min 700, pandemiya qurbanlarının sayı isə 39 min 737 nəfərə çatıb.
Türkiyədə indiyədək 4 milyon 255 min 714 pasiyent (son sutkada 43 min 253 nəfər) sağalaraq evə buraxılıb.
Bizim.Media