Ermənilər “Sarı gəlin”lə bağlı yalanlarını özləri ifşa etdilər – VİDEO

Ermənilər “Sarı gəlin”lə bağlı yalanlarını özləri ifşa etdilər – VİDEO

Hazırda oxunan: Ermənilər “Sarı gəlin”lə bağlı yalanlarını özləri ifşa etdilər – VİDEO

193606

Məlum olduğu kimi uzun illərdir ki, ermənilər məşhur Azərbaycan mahnısı olan “Sarı gəlin”i özlərinin musiqisi kimi təqdim etməyə çalışıblar. Lakin bu dəfə ermənilərin özləri sözügedən mahnı ilə bağlı yalanlarını ifşa ediblər.

Bizim.Media xəbər verir ki, Ermənistanın “Aysor.am” saytı bir videomaterial paylaşıb.

Həmin materialda yenə də təkidlə bu mahnının ermənilərə aid olduğu deyilir. Fikirlərinin sübutu üçün “tarixi fakt”a müraciət ediblər. Guya ki, 1939-cu ildə ABŞ Konqresi Kitabxanasında Sidney Robertson Cowellin kolleksiyasında erməni ifaçı Ruben Babayanın ifasında bir mahnı qeydiyyata alınıb. Mahnının adı “Yeravan” olaraq qeyd olunsa da, nəqarətdə “sarı gəlin”,“sarı ceyran”, “sarı maral” deyilir. Hətta Babayan ifasında bir neçə dəfə “neynim aman, sarı gəlin” sözlərinə də yer verib.

Maraqlıdır ki, bu “tarixi fakt”ın 24 aprel 2024-cü ildə Kanadada təqdimatı olub. Yəni ermənilər sözügedən “fakt”ı ortaya çıxarmaqla əslində öz yalanlarını ifşa ediblər.
 


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO