“Donbasda Ukrayna ilə müharibənin qarşısını almaq olar” - Lavrov

Hazırda oxunan: “Donbasda Ukrayna ilə müharibənin qarşısını almaq olar” - Lavrov

19346

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Donbasdakı müharibə ehtimalını şərh edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “smotrim.ru” saytı yayıb.

"Əgər bu, bizə və özünü müdafiə dəstələrinə bağlıdırsa, müharibənin qarşısını almaq olar”, deyə Lavrov RİA Novosti-yə açıqlamasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya-Şərqi Avropa “diplomatlar” savaşı


Nazir əlavə edib ki, Donbasın yarım milyondan çox sakini Rusiya vətəndaşlığını alıb.

Lavrovun sözlərinə görə, zahirən Ukrayna Prezidenti Vladimir Zelenski üçün əsas şey hakimiyyətdə qalmaqdır:

“O, Donbas döyüşçülərini terrorçu adlandırır”.

Bundan əvvəl Lavrov dost olmayan ölkələrin siyahısının tezliklə Rusiya hökuməti tərəfindən təqdim ediləcəyini söyləmişdi. 

Onun fikrincə, konkret göstərişlər var: “Meyarlar aydındır və gözləmək çox uzun olmayacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO