İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

192923

"İran prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığında sərt eniş edib".

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əhməd Vahidi məlumat verib.

"Prezident duman səbəbindən çətin eniş edən bir neçə helikopterdən birində geri qayıdırdı, xilasedicilər əraziyə gedirlər, lakin duman və pis hava şəraiti səbəbindən bu bir qədər vaxt apara bilər", - deyə nazir bildirib.

Qeyd olunub ki, təyyarədə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahyan və bir neçə İran rəsmisi də olub. Xilasetmə qrupları İran prezidentinin helikopterinin çətin eniş etdiyi əraziyə çatıblar.

Onlar hadisə barədə məlumat verildikdən təxminən bir saat sonra helikopteri axtarmağa başlayıblar. İddia edilən qəza bölgəsində 20 xilasetmə qrupu işləyir və pilotsuz uçuş aparatları yerləşdirilib. Meşəlik dağlıq ərazidə avtomobil yollarının olmaması, eləcə də əlverişsiz hava şəraiti, o cümlədən qatı duman səbəbindən axtarış-xilasetmə işləri təxirə salınacaq.

"Təcili yardım vertolyotu göndərilib, lakin qatı duman səbəbindən yerə enə bilməyib və geri qayıtmaq məcburiyyətində qalıb. Bu bölgədəki duman o qədər güclüdür ki, görmə sahəsini daraldıb", - deyə İranın fövqəladə hallar xidmətindən bildirilib.

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivənd də bildirib ki, ən azı 40 xilasetmə qrupu axtarışlarla məşğuldur, onlardan biri helikopterin sərt eniş yerinə çatıb.

Daha sonra "Tasnim" agentliyi helikopterin sərt eniş yerinin dəqiq aşkar edildiyini bildirib. Onun sözlərinə görə, bu, İranın Şərqi Azərbaycan əyalətinin Uzi kəndi ərazisində baş verib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin rəsmi "Instagram" hesabında "Mənim üçün dua edin" sözləri ilə paylaşım edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO