Paşinyan:

Paşinyan: "Azərbaycanla delimitasiya protokolunun imzalanması böyük uğurdur"

Hazırda oxunan: Paşinyan: "Azərbaycanla delimitasiya protokolunun imzalanması böyük uğurdur"

192366

Baş nazir Nikol Paşinyan dünən Ermənistan və Azərbaycan arasında Qazaxla sərhəddə yeləşən Tovuzqala (Tavuş) vilayətində delimitasiya haqqında protokolun imzalanmasını böyük uğur adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, hökumətin iclasında danışıb.

Baş nazirin sözlərinə görə, bu, Ermənistanın suverenliyinin və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı olub:

"Müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi delimitasiya edilmiş sərhədə malikdir. Bu da təkcə bu hissədə deyil, həm də Ermənistan-Azərbaycan sərhədinin bütün perimetri boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq".

O, bu prosesə görə baş nazirin müavini Mqer Qriqoryanın rəhbərlik etdiyi Ermənistan hökumət komissiyasına və digər səlahiyyətli strukturlara təşəkkür edib.
Xatırladaq ki, mayın 15-də iki ölkə sərhədində Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib.

Görüş zamanı tərəflər yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrini təsvir edən (SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1976-cı il tarixli xəritəsinə uyğun) protokolu razılaşdırıblar.

Danışıqlardan sonra yeni protokol da imzalanıb. Növbəti görüşün tarixi və yeri yaxın vaxtlarda razılaşdırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO